Coğrafiya
Tarixi[redaktə]
İlk coğrafiyaçılar səyyah və dənizçilər hesab edilir. Coğrafiya terminini ilk dəfə Eratosfen (b.e.ə. 276-194-cu illər) işlətmişdir. Strabon (b.e.ə. 64/63- eramızın 23/24-cü illəri) 17 cildlik "Coğrafiya" kitabı yazmışdır. O, bu kitabın 11 cildində Qafqaz və Azərbaycan haqqında məlumatlar vermişdir. Eratosfen həm də ilk coğrafiya xəritəsinin müəllifidir. İkinci və daha mükəmməl xəritənin müəllifi Klavdi Ptolomeydir. Eratosfen və Ptolomeyin xəritələrində oxşarlıq odur ki, onların hər ikisində eyni quru ərazilər -Yeni və Köhnə Dünya – Cənubi Avropa, Ön Asiya və Şimali Afrika təsvir olunmuşdur. Fərqli cəhət odur ki, Eratosfenin xəritəsindən fərqli olaraq Ptolomeyin xəritəsində meridian və paralellər çəkilmiş, yerin kürəviliyi nəzərə alınmışdır. XV əsrə qədər Ptolomeyin xəritəsindən istifadə olunmuşdur.Ptolomeyin xəritəsində dünyanın bir necə ölkələrdən ibarət olduğu görünür. Müasir coğrafiya elmi üç əsas sahədən ibarətdir:- Fiziki coğrafiya(təbiət elimləri)-ümumi yerşünaslıq,geomorfologiya,hidrologiya,landşaftşünaslıq,iqlimşünaslıq, torpaq coğrafiyası,biocoğrafiya və s bölünür.
- İqtisadi və sosial coğrafiya(ictimai elimlər)-əhalinin,sənayeni,kənd təsərrüfatını,nəqliyyatı,müxtəlif xidmət sahələrini və s.tədqiq edən elimlərə ayrılır.( iqdisadiyyat və sosiologiya)
- Kartoqrafiya(texniki elmlər)- xəritəşünaslıqla bağlı olan elimləri özündə birləşdirir.(topoqrafiya)
Комментариев нет:
Отправить комментарий